GündəmSosial

Yasamal rayonunda “Talassemiyasız həyat naminə” devizi ilə qanvermə aksiyası keçirilib

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, xüsusən də irsi qan xəstəliklərinin profilaktikası və müalicəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalanmış, bu sahədə müvafiq qanunlar qəbul edilmişdir.Eləcə də Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı 20 ildən çoxdur ki, ölkəmizdə minlərlə insanın həyatına ümid, gələcək nəsillərin sağlam böyüməsinə real təminat bəxş edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə həssas münasibətinin bariz nümunəsi olan proqramın mahiyyəti yalnız mövcud xəstələrin müalicəsi ilə məhdudlaşmır, həm də xəstəliyin genişlənməsinin qarşısının alınması, sağlam donor qanının təminatı kimi vacib sahələri əhatə edir.

 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibəti ilətalassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə Yasamal Rayon İcra Hakimiyyəti,Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı və Azərbaycan RespublikasıSəhiyyə Nazirliyi Respublika Qan Bankının dəstəyi ilə “Talassemiyasız həyat naminə” adlı növbəti  qanvermə aksiyası təşkil edilib.

 Yasamal Rayon Heydər Əliyev Mərkəzində baş tutan aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının, Yasamal Bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları,partiya üzvləri,  rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbə və müəllim kontingenti, səhiyyə müəssisələrinin kollektivləri bu nəcib aksiyada iştirak ediblər.

 Qanvermə aksiyası Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan bankının həkimlərinin nəzarəti altında baş tutub. Mərkəzin tibbi briqadası bu aksiyada iştirak edənləri ilkin müayinədən keçirdikdən sonra qanvermə baş tutub. Ölkənin qan ehtiyatlarını artırmaq məqsədilə Yasamal Rayon İcra Hakimiyyətinin və digər yerli idarə və təşkilatların əməkdaşları növbə ilə qan veriblər.

 

Səhiyyə Nazirliyi Respublika Qan Bankının“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində baş tutan bu qanvermə kampaniyası Yasamal rayonunda mütəşəkkil qaydada ənənə xarakteri alıb.

Oxşar Xəbərlər

Back to top button