AnalitikaGündəmSiyasət

Xocalı rayonunun Şuşakənd kəndinə baxış

­Qarabağ bölgəsi Azərbaycan tarixində,mədəniyyətində və ictimai yaddaşında xüsusi yer tutur.Bu bölgənin qədim yaşayış məskənlərindən biri olan Xocalı rayonu həm tarixi hadisələri, həm də zəngin təbiəti ilə seçilir. Rayonun kəndlərindən olan Şuşakənd isə coğrafi mövqeyi, təbii gözəliyyi və tarixi irsi baxımından diqqətəlayiq yaşayış məntəqələrindən hesab olunur.

Şuşakənd kəndi dağlıq ərazidə yerləşdiyinə görə burada təbiət özünəməxsus gözəllik yaradır.Ətrafı meşəlik sahələr,dağ silsilələri və təmiz bulaqlar ilə əhatələnmişdir.Bu coğrafi mövqe kəndə həm strateji, həm də təsərrüfat baxımından üstünlüklər vermişdir.Dağlıq relyef kənd sakinlərinin əsasın heyvandarlıq və əkinçiliklə məşğul olmasına şərait yaratmışdır.Əsrlər boyu burada insanlar torpağa bağlı yaşamış,təbiətlə ahəng içində öz həyat tərzlərini formalaşdırmışlar.

Tarixi baxımdan Şuşakənd kəndi Qarabağın qədim yaşayış məskənlərindən biri kimi tanınır.Bölgədə aparılmış araşdırmalar göstərir ki,bu ərazilərdə qədim dövrlərdən etibarən insan məskunlaşmış mövcud olmuşdur.Tarixi abidələr,qəbirstanlıqıar və maddimədəniyyət nümunələri kəndin keçmişindən xəbər verir. Bu faktlar Şuşakəndin yalnız coğrafi baxımından deyil,həm də mədəni irs baxımından əhəmiyyətini artırır.

Kəndin sosial həyatı da diqqətəlayiqdir.Ənənəvi Azərbaycan kəndlərinə xas  olan qonaqpərvərlik,böyüyə hörmət,ailə dəyərlərinə bağlılıq burada da özünü göstərir.Şuşakənd sakinləri tarixən zəhmətkeş,mərd və vətənpərvər insanlar kimi tanınmışlar.Bölgənin mürəkkəb tarixi taleyi kənd əhalisinin həyatında da iz qoymuş,onların xarekterində dözümlülük və səbr kimi xüsusiyyətləri daha da möhkəmləndirmişdir.

Şuşakəndin strateji mövqeyi də tarix boyu mühüm rol oynamışdır.Dağlıq ərazidə yerləşməsi ona müəyyən müdafiə üstünlüyü vermişdir. Eyni zamanda,yaxın ərazilərə əlaqə imkanları kəndin iqtisadi və sosial münasibətlərinin formalaşmasına təsir göstərmişdir.Bu baxımdan Şuşakənd yalnız bir yaşayış məntəqəsi deyil,həm də regional baxımdan əhəmiyyətli bir nöqtə kimi qiymətləndirilə bilər.

Müasir dövrdə isə Şuşakənd inkişaf perspektivləri yeni mərhələyə qədəm qoymuşdur.İnfrastrukturun bərpası,yolların çəkilməsi və sosial obyektlərin qurulması kəndin gələcək inkişafı üçün vacib şərtlərdir.Bu istiqamətdə aparılan işlər kəndin yenidən dirçəldilməsinə və əhalinin doğma torpaqlarına qayıdışına zəmin yaradır.

Nəticə olaraq demək olar ki, Şuşakənd kəndi həm təbii-coğrafi gəm tarixi,həm də mədəni baxımdan dəyərli bir yaşayış məntəqəsidir. Onun keçmişi Qarabağ tarixinin bir parçasıdır,bu günü isə gələcəyə doğru atılan addımların başlanğıcıdır.Kəndin bərpası və inkişafı yalnız yerli əhali üçün deyil,bütövlükdə region üçün əhəmiyyət daşıyır.Şuşakənd öz təbiəti, insanları və tarixi ilə Azərbaycan kənd həyatının canlı nümunələrindən biri kimi qiymətləndirilə bilər.

Amalya  Nəzərova,
Bakı Skavyan Universitetinin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button