Gündəmİdman

“Sabah” onu transfer etdi

“Sabah” heyətini Qvadelupa yığmasının futbolçusu Stiv Solvetlə gücləndirib.

“Globalnews.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Bayquşlar” onunla 2 illik müqavilə bağlayıb.

O, karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib. Qvadelupa yığmasının üzvü olan Stiv Solvet millidə 13 oyunda 2 qola imza atıb.

Oxşar Xəbərlər

Back to top button