GündəmTexnologiya

Azərbaycandakı məhsul festivallarının təcrübəsi “Caspian Agro 2026″da təqdim ediləcək

Gələn il mayın 5-8-də Bakı Ekspo Mərkəzində keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2026”) yalnız məhsul və texnologiyaların nümayişi ilə kifayətlənməyəcək.

Globalnews.az “Report”a istinadən xəbər verir ki, bunu sərginin təşkilatçısı olan “Caspian Event Organizers” MMC-nin nümayəndəsi Bəhruz Hidayətzadə Azərbaycanda keçiriləcək məhsul festivallarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Məhsul Festivalları” çərçivəsində toplanmış ənənəvi dəyərlər, regionların aqrar və mədəni potensialı, eləcə də Azərbaycanın kənd təsərrüfatı sektorunun müasir imkanları beynəlxalq auditoriyaya təqdim olunacaq: “Sərgi iştirakçıları və ziyarətçilər ölkənin müxtəlif bölgələrinin nə ilə məşhur olduğunu öyrənə, Azərbaycanın zəngin mətbəxi və aqrar sahədəki rəngarəngliyi ilə tanış ola biləcəklər. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzi bu tərəfdaşlıq çərçivəsində məqsəd qoyur ki, festivalların keçirildiyi bölgələrin nümayəndələri “Caspian Agro 2026”da da stendləri ilə iştirak etsinlər. Bununla da yerli məhsulların və brendlərin beynəlxalq platformada nümayişinə və tanıdılmasına, eləcə də bölgələrin ixrac və əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verilməsi hədəflənir”.

Oxşar Xəbərlər

Back to top button