SosialGündəmMaraqlıMədəniyyət
Nəsimi rayonunda uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi ilə əlaqədar tədbir keçirilib

Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə Nəsimi rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi ilə əlaqədar tədbir keçirilib.
Globalnews.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri, ümumtəhsil müəssisələrinin pedaqoji kollektivi, məktəbi bitirmiş məzunlar və şagirdlər iştirak edib. Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra şagirdlərin rəngarəng çıxışları tədbir iştirakçılarına xoş ovqat bağışladı.