AnalitikaGündəmSiyasət

Sülh sazişi region ölkələri üçün uzunmüddətli sabitliyin təməlini qoyacaq

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə həyata keçirdiyi hərbi əməliyyatları beynəlxalq hüququn tələblərinə tam uyğun şəkildə aparıb. Hərbi əməliyyatların gedişində mülki əhalinin qorunması, obyektlərin hədəf alınmaması və yalnız legitim hədəflərə zərbələrin endirilməsi bu yanaşmanın əsas göstəricisi olub. Müharibə zamanı göstərilən bu məsuliyyət, Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi.

Digər tərəfdən, Ermənistan rəhbərliyi münaqişə dövründə doğru siyasi kurs seçə bilmədi. Onlar xarici qüvvələrin yönləndirməsinə alət olaraq, sülhə gətirib çıxara biləcək imkanları dəfələrlə itirdilər. “Dırnaqarası dostlar”dan alınan yanlış və qeyri-real məsləhətlər Ermənistanı daha da çıxılmaz vəziyyətə saldı və nəticədə ölkə həm hərbi, həm də diplomatik baxımdan ciddi zərbələrlə üzləşdi.

Bu təcrübə göstərdi ki, real və davamlı nəticələr yalnız beynəlxalq hüququn tanınması, qarşılıqlı hörmət və səmimi siyasi iradə ilə əldə edilə bilər. Azərbaycanın nümunəsi sübut edir ki, ədalətli mövqe və doğru yanaşma həmişə qalib gəlir. Münaqişələrin həllində prinsipiallıqla humanizmin uzlaşdırılması mümkündür və bu, Azərbaycanın tətbiq etdiyi modeldə aydın şəkildə görünür.

Ağadadaş Həsənalıyev,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button