Analitika

Zirvə görüşü yeni əməkdaşlıq platforması üçün xüsusi əhəmiyyətə malikdir

Zirvə görüşündə Azərbaycanın tarixi qələbəsindən, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etməsindən bəhs edən Prezident İlham Əliyev hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini bildirdi. Dövlətimiz  sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, həmçinin 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulub. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. İşğaldan azad edilən ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlərin sürətlə davam etdirilməsi ölkəmizin düşünülmüş siyasətinin nəticəsidir. Xalqımız öz tarixi torpaqlarına 30 illik işğala son qoyaraq, tarixi ədaləti bərpa edərək geri qayıdır. Ermənistan tərəfindən viran qoyulmuş, dağıdılmış Azərbaycan torpaqları öz sahibinə  qovuşaraq özünün yeni çiçəklənən dövrünə qədəm qoyur. Dövlətimiz qısa zaman müddətində zəfər çalmış ölkə olaraq işğaldan azad edilmiş torpaqlarını cənnətə çevirir. Sözsüz ki, ölkə başçısı dost və qardaş ölkələrin bu prosesə verdiyi dəstəyi yüksək qiymətləndirir.

Ümumiyyətlə, SPECA həftəsi çərçivəsində Bakıda təşkil olunan iqtisadi forum və Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı , Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi – “Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi ölkələrimiz arasındakı iki və çoxtərəfli  biznes əlaqələrinin inkişafında mühüm rol oynayacaqdır. Beləliklə, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü yeni əməkdaşlıq platforması üçün geniş imkanlar açır.

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi         

Oxşar Xəbərlər

Back to top button