AnalitikaGündəmSiyasət

Zirvə görüşü türk dünyasının siyasi və iqtisadi birliyinə mühüm töhfə verdi

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü üzv dövlətlər arasında siyasi həmrəyliyin, strateji əməkdaşlığın və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüş TDT çərçivəsində ortaq hədəflərin müəyyənləşdirilməsi, gələcək inkişaf prioritetlərinin formalaşdırılması və inteqrasiya proseslərinin sürətləndirilməsi üçün önəmli bir platforma kimi dəyərləndirilir. Həmçinin Zirvə görüşü Türk dünyasında siyasi dialoqun, iqtisadi əlaqələrin və nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində birgə səylərin gücləndirilməsinə töhfə kimi mühüm əhəmiyyətə malikdir.

Zirvə görüşündə ötən ilin noyabrında ölkəmizin COP29 konfransını yüksək səviyyədə təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, bu beynəlxalq tədbir zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Azərbaycan Prezidenti bu sazişin ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaratdığını diqqətə çatdırıb. COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq etimadının göstəricisi olmaqla yanaşı, Türk Dövlətləri Təşkilatı üçün də nüfuz qazandıran bir hadisəyə çevrilib.Zirvə görüşünün sonunda imzalanan Bəyannamə Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir. Dövlət başçıları bəyannamədə Türk dünyasının regionda və onun hüdudlarından kənarda artan rolunu təqdir ediblər. Xüsusilə, “Türk Dünyası Xartiyası” üzv ölkələr tərəfindən ortaq mədəniyyətin, adət-ənənələrin, dilin və tarixin ifadəsi, habelə ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün vahid çərçivə kimi qəbul edilib. Bu sənədlər TDT-nin inteqrasiyasını daha da sürətləndirərək türk dövlətlərinin beynəlxalq siyasi sistemdəki mövqelərini gücləndirəcək.

Rəsmiyyə Məmmədova,
YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri  

Oxşar Xəbərlər

Back to top button