AnalitikaGündəmSiyasət

Zəngilanın Qayıdış Nəğməsi

20 oktyabr Azərbaycan tarixində xüsusi bir səhifədir. Bu gün Zəngilanın işğaldan azad olunduğu gündür — illərlə həsrət qaldığı torpaqlara qovuşduğu, azad nəfəs aldığı tarix. 2020-ci ildə Azərbaycan Ordusunun qəhrəmanlığı ilə bu şəhər yenidən dövlətimizin xəritəsində öz yerini aldı. Zəngilanın azadlığı təkcə bir ərazinin deyil, bir ruhun dirçəlişi idi.
Bu torpaqların hər qarışı Vətən uğrunda canını fəda edən igidlərin qanı ilə yoğrulub. Zəngilanın yaşıllıqları, dağları və Araz sahili bu gün azadlığın simvoluna çevrilib. Burada hər daş, hər ağac bir tarix danışır, hər külək azadlığın səsini gətirir.
Azadlıqdan sonra Zəngilanda quruculuq işləri yeni nəfəs kimi şəhərə can verir. Yenidən salınan yollar, inşa olunan evlər, məktəblər və məscidlər bu torpağın gələcəyinə ümid işığı saçır. Zəngilan bu gün təkcə keçmişin deyil, gələcəyin şəhəri kimi dirçəlir.
20 oktyabr artıq təkcə bir tarix deyil — Zəngilanın və bütöv Azərbaycanın dirəniş, birliy və zəfər günüdür. Bu gün Vətən sevgisinin və xalq iradəsinin simvoludur.

YAP Xəzər rayon təşkilatının fəalı
Ələkbər Novruzov

Oxşar Xəbərlər

Back to top button