
Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin reallaşması bilavasitə Prezident İlham Əliyevin sarsılmaz siyasi iradəsinin və ardıcıl diplomatik mübarizəsinin nəticəsidir. İkinci Qarabağ müharibəsinin yekunu olaraq imzalanmış və Ermənistan üçün faktiki kapitulyasiya aktı olan üçtərəfli bəyanatda bu dəhlizin açılması bəndi məhz dövlət başçısının qəti tələbi ilə yer almışdır. Bəyanatın imzalanmasından sonrakı 5 il ərzində Ermənistan tərəfi bu məsələnin icrasını süni şəkildə uzatmağa və heç bir praktiki addım atmamağa çalışmışdır. Lakin Prezident İlham Əliyev bu geostrateji hədəfdən bir addım belə geri çəkilməyərək, məsələni daim beynəlxalq gündəliyin mərkəzində saxlamışdır.
Dövlət başçısının bu qətiyyətli siyasəti qlobal güclərin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının prosesə fəal cəlb olunmasına və dəhlizin əhəmiyyətini qəbul etməsinə gətirib çıxardı. Prezident İlham Əliyevin irəli sürdüyü əsas şərtlərdən biri olan Zəngəzur dəhlizi 2025-ci il avqustun 8-də keçirilən Vaşinqton Zirvə Görüşündə beynəlxalq səviyyədə öz həllini tapmışdır. Məhz bu tarixi razılaşma ilə TRIPP adını daşıyan nəhəng nəqliyyat layihəsinin icrasına rəsmən start verilmişdir. Bu, Azərbaycan diplomatiyasının və şəxsən ölkə rəhbərinin beynəlxalq miqyaslı böyük bir uğurudur.
Layihənin gerçəkləşməsinə dair ən yüksək səviyyəli zəmanət 2026-cı il avqustun 8-də Prezident İlham Əliyevlə ABŞ Prezidenti cənab Tramp arasında baş tutan telefon danışığında bir daha təsdiqlənmişdir. Söhbət əsnasında bu önəmli nəqliyyat layihəsinin mütləq və tezliklə icra ediləcəyinə dair hər iki lider tərəfindən qəti əminlik vurğulanmışdır. Prezident İlham Əliyevin qurduğu bu diplomatik arxitektura Ermənistanın destruktiv siyasətini tamamilə iflasa uğratmış və onları reallıqla barışmağa məcbur etmişdir.
Azərbaycan tərəfi öz öhdəliklərini Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtından əvvəl icra edərək Horadiz-Ağbənd yolunun tikintisini yekunlaşdırmaq üzrədir. Dövlət başçısı bəyan etmişdir ki, Ermənistan ərazisindəki 42 kilometrlik dəmir yolunun inşasına məhz bu il başlanılmalıdır. Prezident İlham Əliyev bütün maraqlı tərəflərə aydın mesaj verir ki, bürokratik əngəllər və məsələlərin uzadılması Azərbaycanın üsuli-idarəsi deyildir və ölkəmiz vaxt itirmədən öz qərarlarını dərhal icra edir.
Ülkər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Azər Manafov küçəsi, 130” ərazi partiya təşkilatının sədr müavini



