AnalitikaGündəmSiyasət

Zəngəzur Dəhlizi: Azərbaycanın və regionun gələcəyi üçün strateji layihə

Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan Zəngəzur dəhlizi Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Əvvəlcə “mübahisəli ərazilər” elan olunan Zəngəzur 1920-ci il noyabrın 30-da Ermənistana verilməsi qərara alınır. Bununla da, Azərbaycan ilə onun bir hissəsi olan Naxçıvan arasında quru əlaqəsi kəsilir. Qədim Azərbaycan torpağı olan Zəngəzurun ötən əsrdə zorla Azərbaycandan qoparılması həm də türk dünyasının coğrafi cəhətdən parçalanması məqsədi güdürdü.  Tarixi sənədlərdən məlumdur ki, Azərbaycan SSR hökuməti Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb edir.

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatında Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur. buna və üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, Ermənistan Zəngəzur dəhlizinin açılmasını hələ də ləngidir. Bu, regionda sülh və əməkdaşlıq mühitinin bərqərar olmasına da mənfi rakursda təsirsiz ötüşmür. Halbuki, dəhlizin açılacağı təqdirdə ondan ən böyük fayda götürən tərəflərdən biri Ermənistan özü olacaq. Çünki işə başladıqdan sonra  bu dəhliz Ermənistanın əsas ticarət və nəqliyyat yollarından biri olmasına gətirib çıxaracaq, idxal və ixrac marşrutlarının şaxələndirməsinə imkan verəcək.

Eyni zamanda, Zəngəzur dəhlizi Ermənistanın izolyasiya vəziyyətindən xilas olmasına, onun region və ondan kənar ölkələrlə  əlaqələrində yeni mərhələnin başlanmasına səbəb olacaq. Perspektivdə Zəngəzur dəhlizi Ermənistan üçün enerji təhlükəsizliyi baxımından da müstəsna əhəmiyyət kəsb edə bilər. Çünki işə başladıqdan sonra  bu dəhliz Ermənistanın əsas ticarət və nəqliyyat yollarından biri olmasına gətirib çıxaracaq, idxal və ixrac marşrutlarının şaxələndirməsinə imkan verəcək. Eyni zamanda Zəngəzur dəhlizi Ermənistanın izolyasiya vəziyyətindən xilas olmasına, onun region və ondan kənar ölkələrlə  əlaqələrində yeni mərhələnin başlanmasına səbəb olacaq. Perspektivdə Zəngəzur dəhlizi Ermənistan üçün enerji təhlükəsizliyi baxımından da müstəsna əhəmiyyət kəsb edə bilər.

Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Zəngəzur dəhlzinin Ermənistan ərazisindən keçən hissəsində İrəvanın suveren hüquqlarını tanıyır. Bu, Ermənistanda Azərbaycana qarşı əsassız ittihamlara, o cümlədən də ərazi iddialarına ən tutarlı cavabdır. Beləliklə, mövcud reallığı nəzərə alıb dəhlizin ərazisindən açılmasına razılıq verməyəcəyi təqdirdə bundan ən çox zərər görən Ermənistan özü olacaq.

Azərbaycan, öz növbəsində, sözügedən məsələnin mümkün qədər tez həllini tapması üçün bütün lazımı addımları atmışdır. Dəhlizin işə düşməsi məqsədilə ölkəmiz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir və prosesi əsas etibarı ilə yekunlaşdırmaq üzrədir. Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, o, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən, dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər.

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button