Yenidənqurma işləri planlı şəkildə davam edir
Prezident İlham Əliyev təşəbbüsü ilə ölkəmizdə quruculuq işləri genişlənməyə başladı. Respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. Ölkə Prezidentinin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyyələri təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur. Məhz buna görədir ki,son zamanlar ölkədə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri zövq oxşayır, şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir.
Son illər abadlıq-quruculuq və yenidənqurma işləri rayon icra hakimiyyəti rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Onu da qeyd etmək lazımdır ki, həyata keçirilən bu cür tədbirlərdə rayonun təsərrüfat subyektləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatları ilə yanaşı, sakinlərdə yaxından iştirak edirlər. Ölkəmizin şəhər, kənd və qəsəbələrində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, kommunal sahədə həyata keçirilən tədbirlər bu gündə davam etdirilir. Yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, xeyli sayda ağac və bəzək kollarının əkilməsi burada yaşıllaşdırma işlərinə böyük diqqət yetirilməsindən xəbər verir.
Quruculuq işlərinin aparıldığı yaşayış yerlərində məktəblərin tibb məntəqələrinin açılması, sənaye parklarının, xəstəxanaların, idman komplekslərinin tikintisi dövlətimizin keçmiş məcburi köçkünlərin təhsilinə, elminə və sağlamlığına verdiyi diqqəti göstərir. Bu da onu sübut edir ki, dövlətimiz üçün vətəndaşın sağlamlığı, rifahı və təhlükəsizliyi hər şeydən öndə durur. Bu, eyni zamanda, dünya mədəniyyətinə böyük töhfələr vermiş millətimizin mədəniyyətinin yenidən torpaqlarımıza qayıtması, canlanması və inkişafı deməkdir.
Artıq işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma işləri davam etməkdədir. Füzuli-Şuşa avtomobil yolunun təməl qoyuluşu Azərbaycan xalqını ürəkdən sevindirmişdir. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Prezident İlham Əliyev qeyd etmişdir ki, noyabrın 8-də Şuşa işğaldan azad olunandan sonra artıq düşmən bizə qarşı müqavimət göstərməyin heç bir əhəmiyyər kəsb etməyəcəyini anladı. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbiçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir.
İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir, işğal edilmiş torpaqlar işğalçılardan azad edilmişdir. Bildiyimiz kimi, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. İndi artıq işğaldan azad olunmuş torpaqlarımızda abadlıq-quruculuq və yenidənqurma işləri həyata keçirilib. Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol rahat və genişdir. Artıq bu yol ilə Şuşaya gedib-gəlmək rahatdır.
İşğaldan azad olunmuş rayonlarda və kəndlərdə yenidənqurma işləri gedir. Məcburi keçmiş köçkünlər üçün yaşayış evləri tikilir. Hətta, Laçın rayonuna on ailəni tikilən evlərdə yerləşdirmişdilər. Onlar öz torpaqlarına qayıtdıqları üçün çox məmnundurlar. Prezidentimiz İlham Əliyevə dərin təşəkkürlərini bildirirlər. Prezident vurğulayıb ki, işğaldan azad edilmiş bütün yerlər bərpa ediləcək: “İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik”.
Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik.
Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq.
Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək. Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər.
Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işğalı əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işğalla heç vaxt barışmayacağıq. Hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın.
Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Həsənova Almara,
Xəzər rayonu, 323№ li tam orta məktəbin müəllimi