AnalitikaGündəm

Yenidən dünyanın nəzər-diqqəti Şuşada

Ortaq dil, ortaq tarix və ortaq mədəniyyət kimi 3 əsas sütun üzərində qurulmuş Türk Dövlətləri Təşkilatı ilk yarandığı zaman 4 üzv ölkəsi Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda bu gün artıq təşkilatda 5 üzv və 3 müşahidəçi türk dövləti var. Xüsusi olaraq qeyd etməliyik ki, son illərdə Türk Dövlətləri Təşkilatı güc mərkəzinə çevrilməkdədir. Türk Dövlətləri Təşkilatı bütün türk dövlətlərinin birliyini təmsil edir. Şuşada keçirilən bu tədbir eyni zamanda Türk dünyasının birliyinə mühüm töhfə vermiş oldu. Eyni zamanda belə bir möhtəşəm tədbirin işğaldan azad edilmiş Şuşada keçirilməsi bir daha dünyaya “Qarabağ Azərbaycandır!” reallığının nümayişi oldu.

Tədbirdə Azərbaycanın xarici siyasətinin prioritet istiqamətini diqqətə çatdıran ölkə başçısı bildirdi ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Türk dünyasının birləşməsinə gəlincə ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Ölkə başçısının söylədiyi kimi, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir.

Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşa tarixən mədəniyyət şəhəri kimi tanınıb. Şuşanın tarixi-mədəni zənginliyi həm də bütün Türk mədəniyyətinin qədimliyi və zənginliyi anlamında qəbul olunur. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi abidələrə ikinci həyat verilir. Arıq Şuşada “Xarıbülbül” festivalları, Vaqif poeziya günləri, rəsm əsərlərinin sərgiləri və digər belə mədəni tədbirlər uğurla baş tutub.Bu baxımdan Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. TDT-da Şuşanın mədəni həyatının dirçəldilməsinə böyük maraq göstərir. Xəbər verildiyi kimi, Şuşa 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Ötən il mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib. “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.paytaxtı” elan olunmuşdur. Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır.

Xatırladaq ki, “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə Türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Bu günə qədər Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olublar. Şuşa Türk dünyasından bu missiyanı yerinə yetirən 11-ci şəhərdir.

Şuşada keçirilən Zirvə görüşünün digər mühüm məqamlarından biri isə dövlət başçıları tərəfindən “Qarabağ Bəyannaməsi”nin imzalanması oldu. “Qarabağ Bəyannamısi” Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir. Şuşada keçirilən Zirvə görüşünün digər mühüm məqamlarından biri isə dövlət başçıları tərəfindən “Qarabağ Bəyannaməsi”nin imzalanması oldu. “Qarabağ Bəyannaməsi” Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.

Yekun olaraq qeyd edək ki, bu sammit türk dünyasının mənəvi bağlantısı istiqamətində növbəti ciddi addımdır. Doğrudur, indiyə qədər türk dövlətləri müxtəlif platformalarda əməkdaşlıq edirdilər. Lakin bu Zirvə əməkdaşlığın da zirvəsidir və münasibətlərdə özünəməxsus yer tutacaq.. Bu sammitdən sonra bölgəyə daha çox xarici investisiyanın cəlb edilməsinə şərait yaranacaq. Şuşa Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq. Sammitdən ortaya çıxan mühüm bir mesaj da odur ki, birgə səylərlə bütün Qarabağ gələcəkdə türk dünyasının əbədi dostluğunun həqiqi rəmzinə çevriləcək İnanırıq ki, yüksələn xətlə inkişaf edən bu münasibətlər Azərbaycan xalqı ilə yanaşı bütün türk xalqlarının rifahının yüksəldilməsinə xidmət etməklə regionumuzda sülh və sabitliyin davamlı olmasına təkan verəcəkdir.

Mürsəlova Könül,
Xəzər rayonu, Ə.Quliyev adına 121 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button