Təxminən 30 illik dözüm və səbrdən sonra erməni işğalçılarının Azərbaycan ordusunun hərbi hissələrinə və dinc əhaliyə qarşı törətdiyi terror əməllərinə, mülki vətəndaşların və hətta uşaqların qətlə yetirilməsinə cavab olaraq ölkəmizin Prezidenti və Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda 2020-ci ilin sentyarın 27-də Vətən müharibəsi başlandı. Qeyd etmək lazımdır ki, bütün əməliyyatlara cənab İlham Əliyev başçılıq etmişdir və zəfərlə bitmiş 44 günlük müharibə onun sərkərdəlik bacarığı ilə başa çatdırılmışdır. Hərbi əməliyyatlar zamanı işğaldan ilk azad edilən şəhərlərimizdən biri Cəbrayıl şəhəri olmuşdur.İlk azad edilən rayonlarımızdan da biri Cəbrayıl rayonu və onun kəndləri oldu. Cəbrayıl rayonu erməni faşistləri tərəfindən 1993-cü il avqust ayının 23-də işğal olunmuşdur. İşğala qədər bu rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.
Cəbrayıl rayonu işğala qədər Azərbaycanın kənd təsərrüfatında mühüm rol oynayayan qəsəbələrdən biri idi. Rayon ermənilər tərəfindən işğal edildikdən sonra işğalçılar rayonun infrastruturunu büsbütün dağıtdılar, kəndləri, qəsəbələri, Cəbrayıl şəhərini dağıtdılar, evləri yandırıb, bütün məktəbləri, mədəniyyət evlərini, xəstəxanaları, müxtəlif idarə binalarını darmadağın edib, Cəbrayıl şəhərini də xarababazara çevirdilər. Rayonun mədəniyyət və tarixi abidələri, məscidlər, pirlər dağıdıldı. Rayonun kənd və qəsəbələrində ələ keçən bütün tikinti materiallarını daşıyıb apardılar və ya qonşu ölkəyə satdılar. Beləliklə erməni işğalçıları dünyada tayı-bərabəri olmayan vandalizm nümunəsini Cəbrayılda da nümayiş etdirdilər.
İşğal nəticəsində Cəbrayıl rayonunun minlərlə sakini Azərbaycanın 52 rayonunda məskunlaşmışdı. I Qarabağ döyüşlərində cəbrayıllılar da azadlıq uğrunda döyüşmüşdür. Rayonun 362 sakini şəhid olmuş və 6 cəbrayıllı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 2020-ci ilin 27 sentyabrında başlanan hərbi əməliyyatlar zamanı oktyabrın 4-nə kimi rayonun bir neçə kəndi, oktyabrın 4-də Cəbrayıl şəhəri və sonrakı tarixlərdə digər kəndləri də işğaldan azad edildi. Nəticədə Cəbrayıl şəhəri və 90 kənd erməni tapdağından qurtuldu. 2020-ci ilin noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilmiş və ordumuzun 22797 qulluqçusu bu medalla təltif edilmişdir. Bu Cəbrayılın azad edilməsinin strateji cəhətdən çox vacib olduğunu sübut edir. Bu rayonun azad edilməsi ilə Hadrut yüksəkliyi nəzarətə götürülür,Xocavənd,Qubadlı və Laçın rayonlarının cənub hissəsi ordumuzun nəzarətində qalır və strateji əhəmiyyətli Laçın dəhlizinə yol açılırdı. Buna görə də Cəbrayıl uğrunda döyüşlər çox ağır keçmiş və əsgərlərimiz düşmənin amansız müqavimətini qıra bilmiş, onun döyüş texnikasını və hərbi obyektlərini məhv etmişdir.
2023-cü ilin 31 iyul tarixində Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin azad edilməsinə görə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncam imzalamışdır.Həmin Sərəncamla 4 oktyabr Cəbrayıl şəhəri günü elan edilmişdir. Cəbrayıl azad edildikdən və Vətən müharibəsi bitdikdən dərhal sonra yurd-yuvalarını tərk etmiş sakinlərin tezliklə doğma torpaqlara qayıtmaları və rayonun infrastrurunun tezliklə bərpası, Cəbrayılın Azərbaycanın iqtisadiyyatına tezliklə öz bəhrələrini verməsi üçün iri miqyaslı bərpa və quruculuq işlərinə başlanıb. 200 hektarı əhatə edən böyük Sənaye Parkı yaradılmağa başlanılıb və bu Parkın hal-hazırda 12 rezidenti var.Rayonda elektrik təchizatı da bərpa edilir. Yeni yarımstansiyalar tikilir,kəndlərə elektrik enerjisinin verilməsi bərpa edilir. Cəbrayıla 4-6 zolaqlı müasir standartlara cavab verən müasir yol çəkilir,rayonun daxili yolları da, kəndləri birləşdirən yollar da bərpa edilməkdədir.
Cəbrayılın ən böyük kəndlərindən olan Böyük Mərcanlı kəndinin ümumi sahəsi 362 hektar nəzərdə tutulmuşdur. 2040-cı ilədək burada 6230 nəfər üçün 1074 fərdi yaşayış evi və bir neçə mərtəbəli yaşayış binası tikiləcəkdir. Başqa kəndlərdə də bu cür yaşayış evlərinin tikintisi nəzərdə tutulub.Paralel olaraq bütün kəndlərdə infrastruktur yenidən qurulur,xəstəxanalar, məktəblər uşaq bağçaları mədəniyyət evləri və s.tikilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdışın I Dövlət proqramına uyğun olaraq bu ilin 26 sentyabrında ilkin olaraq Cəbrayıl şəhərinə 36 ailədən ibarət 117 cəbrayıllı köç etmiş və ilk məskunlaşma həyata keçirilmişdir. Çox tezliklə bütün cəbrayıllılar doğma yurd yuvalarına qayıdacaq, Cəbrayıl yenidən çiçəklənəcək və ölkəmizin həyatında mühüm rol oynayan rayona çevriləcəkdir.
Prezident İlham Əliyev Cəbrayılın azad edilməsinə xüsusi önəm verir və bərpa işlərinin gedişinə nəzarət edir. Bunu onun Cəbrayıla səfərləri də sübut edir.
Belə ki, 2020-ci ilin 11 noyabrında Prezidentin Cəbrayıla ilk səfəri baş tutur.O Xudafərin körpüsün-də və Cəbrayıl şəhərində Bayrağımızı ucaldır.
14 fevral 2021-ci ildə Cəbrayıla Prezidentin növbəti səfəri olur, O, rayon ərazisində aparılan əkin işləri ilə tanış olur.
26 aprel 2021-ci ildə bir çox müəssisələrin təməlqoyma mərasimində, Dövlət Sərhəd Xidməti hərbi hissəsinin açılışında iştirak etmişdir.
04-05 oktyabr 2021-ci il tarixində bir çox müəssisələrin təməlqoyma mərasimində iştirak et-miş və aparılan quruculuq işləri ilə tanış olmuşdur.
Bunlardan əlavə, 2022-ci ilin 20 oktyabrında, 2023-cü ilin may və sentyabr aylarında da Prezidentin Cəbrayıla səfərləri baş tutmuşdurr. Bu il isə 18-19 may tarixlərində Cəbrayıla səfəri olmuş və bir sıra obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etmişdir. Bütün bunlar ölkə başçısının Cəbrayılda aparılan işlərə xüsusi önəm verdiyini nümayiş etdirir.
Biz inanırıq ki, tezliklə Cəbrayılın bütün sakinləri öz yurd–yuvalarına qayıdacaq və Cəbrayılda həyat qaynayacaqdır.
Əliyev Akif,
Xəzər rayonu, D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin Azərbaycan dili, ədəbiyyat müəllimi