AnalitikaGündəmSiyasət

Yeni tarixi səhifə

Prezident İlham Əliyevin avqustun 7-də ABŞ-a səfəri Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ açdı. Donald Trampın ikinci dəfə prezident seçilməsindən sonra ikitərəfli əlaqələrdə canlanma müşahidə olunurdu və bu səfər konkret nəticələrə çevrildi. Bayden dönəmində müəyyən soyuqluq olsa da, indi münasibətlər qarşılıqlı etimad, siyasi dialoq və strateji əməkdaşlıq əsasında inkişaf edir.

Vaşinqton görüşlərinin ən mühüm məqamı Azərbaycan, ABŞ və Ermənistan liderlərinin bir araya kgələrək imzaladıqları Birgə Bəyannamə oldu. Sənəddə regionda sülh, sabitlik və qarşılıqlı faydalı nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinin əhəmiyyəti vurğulanır. Xüsusilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması xüsusi qeyd olunub.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan–ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir və yaxın aylarda Strateji Tərəfdaşlıq Xartiyası hazırlanacaq. Bu sənəd enerji, nəqliyyat, süni intellekt və müdafiə sahələrində əməkdaşlıq üçün yeni perspektivlər açır.

Səfər zamanı imzalanan Anlaşma Memorandumu ilə Strateji İşçi Qrupu yaradıldı. SOCAR və ExxonMobil arasında əməkdaşlıq sazişi strateji tərəfdaşlığın mühüm hissəsinə çevrildi. Həmçinin, 33 illik 907-ci düzəliş sanksiyasının ləğvi Azərbaycanın diplomatik uğurlarından biridir.

Vaşinqton razılaşması həm hərbi, həm də diplomatik qələbə kimi qiymətləndirilir. Zəngəzur dəhlizinin açılması ölkəmizin geosiyasi və iqtisadi mövqeyini daha da gücləndirdi.

Mustafa Məmmədzadə
Xəzər rayonunun genc fəalı

Oxşar Xəbərlər

Back to top button