GündəmSiyasət

Yeni hədəflərə doğru!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nəsimi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin B. Səfəroğlu, H.B.Əliyev, 28 may, K.Səfərəliyeva və A.Bakıxanov və Moskva prospektlərində yaşayan seçicilər ilə görüşləri keçirilib.

Globalnews.az xəbər verir ki, görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Fazil Qurbanov, Faiq Məmmədov,Orxan Musayev, Xalid Kərimov və Ramin Əhmədov Azərbaycanın demokratik inkişafından, seçkilərin azad, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində göstərilən səylərdən danışıblar. Çıxış edənlər zəngin ənənələrə malik olan Yeni Azərbaycan Partiyasının seçkilərə böyük qələbə əzmi ilə qatıldığını deyiblər.

Namizədlər seçiciləri bələdiyyə seçkilərində fəal olmağa və ən layiqli namizədlərə səs verməyə çağırıblar.

Oxşar Xəbərlər

Back to top button