Analitika

Yeni enerji layihələri beynəlxalq nüfuzumuzun artmasına da müsbət təsir edir

Azərbaycanın iştirakçısı olduğu qlobal layihələr region dövlətlərin enerji xəritəsini dəyişib. İrimiqyaslı layihələri icra etmək üçün təhlükəsizlik, iqtisadi və inkişsafı baxımından bir sıra region dövlətlərinində yaxından iştirak edib töhvə verməsi vacibdir. Çünkü bu kimi məsələlər tək tərəfli yox ümumən ortaq fikirlərin üst üstə düşməsi ilə daha efektiv ola bilər. Azərbaycanın coğrafiyası Avropa ilə Asiyanın arasında iki qitənin ortasında yerləşir. Coğrafi baxımdan region dövlərlə əməkdaşlıq məsələlərində mühüm rol oynamağa imkan verir.Azərbaycan, Türkiyə və Türkmənistan tərəfindən bir çox layihələr icra edilməkdədir. Hər üç ölkənin bu sahədə verdiyi töhvələr müasir infrastrukturun inkişaf etməsində yeni imkanlar açır. Azərbaycan hal hazırda önəmli tranzit ölkələrdən birinə çevrilmişdir. Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımaların sayı 2022-ci ilin ilk 10 ayından 80 faiz artmışdır. Azərbaycann bu kimi məsələlərdə inamla addım atması region düvlətlər üçün də böyük əhəmiyyətə malikdir. Həm Türkiyə həm də Türkmənistanla siyasi əlaqələrin yüksək səviyyədə olması hər iki övlətlərin Azərbaycanla müxtəlif sahələrdə Bəyannamələrin imzalanmasına gətirib çıxarmışdır. Türkiyə ilə Şuşa Bəyannaməsi, Türkmənistanla strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması Azərbaycanla münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir. Bütün bunlar təsdiq edir ki, ölkələrimiz arsında  mehriban qonşuluq və tarixi dostluq ənənələri vardır. Həmçinin siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri münasibətləri dahada möhkəmlədir. Azərbaycanda bütün nəqliyyat layihələri Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı Bakı-Tbilisi-Qars dəmir yolu, Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun tikintisi, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yaradırlır.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button