Analitika

Yeni döyüş birləşmələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir

Ulu öndər Heydər Əliyevin uğurlu siyasətini davam etdirən Ali Baş Komandanımız İlham Əliyev 44günlük Vətən müharibəsində ordumuzun bədxah qonşularımız üzərində uğurundan sonra ordu hissələrimizi daha da inkişaf etdirdi. O, ordunu yeni silahlarla təmin edir, hərbi hissələr açır və təlimlər keçirərək düşmənlərimizin ürəyindəki qorxunu günü gündən artırır.

Ali Baş Komandan həm də dünyada baş verən müharibələri və qeyri – bərabər şəraiti də nəzərə almışdır. Buna görə də o düşünür ki, ordu sıralarımız daha da artmalıdır. Dövlət başçımız vətənimizi istənilən şəraitdə bütövlüyünü qorumaq üçün içdiyi anda daim sadiq qalır. Vətəninə daim qulluq etdiyi iyunun 23-də etdiyi çıxışda göstərdiyi faktlarda da özünü göstərir.

Bildiyimiz kimi iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi önünə gül dəstələri düzdü, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdi.

Prezidentimiz komandoların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi üçün zəruri trenajor və digər idman avadanlıqları ilə təchiz olunmuş qapalı idman zalına gələrək buradakı şəraitlə maraqlandı.

Sonra Ali Baş Komandan əsgər yataqxanasında yaradılan şəraitlə tanış oldu, oradakı silah otağı, əşya anbarı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı üçün ideoloji iş və digər inzibati otaqlara baxdı. Silah otağında Prezident İlham Əliyevə əksəriyyəti Azərbaycan istehsalı olan silah nümunələrinin taktiki-texniki xüsusiyyətləri barədə məlumat verildi.

Əşya anbarında nümayiş etdirilən müxtəlif hərbi geyim formaları arasında Azərbaycan Ordusunda yeni tətbiq olunacaq səhra geyim forması da təqdim edildi.

O, ordumuzun yanında olduğunu, onlara yaxın olduğunu möhtəşəm çıxışında əsgərlərimizə hər cümləsində hiss etdirirdi. O, bildirib ki, bu gün Azərbaycan bölgədə tam söz haqqına malikdir. O, yenidən bunun əsgərlərimiz, qazilərimiz və şəhidlərimizin əziyyətləri hesabına olduğunu xüsusi qeyd edib.

Bu çıxışından sonra Döyüş bayrağı təqdim edilib.

Son illərdə ordumuzda Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti – bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb. Bunun yeganə məqsədi vardır. Vətənimizi daim ərazi bütövlüyünü qoruyaraq düşmənə bir qarış belə torpaq verməmək və bunun öhdəsindən ordu sıralarımız uğurla gəlir.

Bundan əlavə, dövlət başçımız qeyd edib ki, ordu quruculuğu üçün büdcə çox önəmlidir və bu ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Buna baxmayaraq, Dövlət başçımız əlavə vəsaiti əldə edən kimi büdcənin artırılmasına yeni böyük məbləğdə vəsait ayırdı və burada iki əsas istiqamət müəyyən etmişdir – birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsi. Yəni, təkcə bu fakt özlüyündə onu göstərir ki, bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir.

Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Azərbaycanın düşmənləri bunu bilir, görür. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni, bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır. Bu hərbi potensial isə Ali Baş komandanımızın uğurlu siyasətidir.

İkinci Qarabağ müharibəsindən sonra biz hərbi Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirməli idik. İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də Azərbaycan dövləti oldu. Bu gün regionda proseslər yenə də prezidentimizin təklifləri əsasında cərəyan edir. Əgər Vətən müharibəsindən sonrakı birinci ayları götürsək, görərik ki, yenə də Ermənistanın havadarları dövlətimizə köhnə tezisləri qəbul etdirməyə çalışırdılar. Ali baş komandanımız isə bunu qətiyyətlə rədd etdivə bu gün hər kəs görür ki, vaxtilə erməni işğalını əbədiləşdirmək üçün səylər göstərmiş Minsk qrupu artıq gündəlikdə yoxdur, tarixin arxivindədir. Yəni, bütün bunlar dövlət başçımızın son iki il yarım ərzində apardığı siyasətin nəticəsidir. Bu məsələlər elə-belə yaranmır. Azərbaycan-Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəmizdə hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması İlham Əliyevin çox güclü siyasi iradəsinin göstəricisidir.

Azərbaycan Ali baş komandanın uğulu siyasəti ilə ordu quruculuğunu inkişaf etdirəcək və Vətənimizi yadellilərdən daim qoruyacaq.

Həsənova Bacıqız,
Xəzər rayonu, 121 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button