
Oktyabrın 2-də Bakıda, Heydər Əliyev MərkəzindəYeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə nitqsöyləyib.
Hörmətli qurultay iştirakçıları.
Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizinictimai-siyasi həyatında önəmli hadisədir. Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasixətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəmdaşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifətpartiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamıziqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfliyolunda partiyamızın fəallarının çox böyük payı var, böyüktöhfəsi var.
Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasivəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycanöz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndənsonra keçirilir. VII qurultayımız da o vaxt üçün yenimühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi birneçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdəndanışırdı. Azərbaycan özü təkbaşına həm işğala sonqoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlaryaratmışdır. O vaxtdan – İkinci Qarabağ müharibəsindəkiZəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünyatərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Buillər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolukampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyalarıntətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirəedirdi. Ancaq bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqınınvahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üstetmişdir. İkinci Qarabağ müharibəsi bizim şanlıtariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə sonqoydu, işğala son qoydu, ərazi bütövlüyünü vəsuverenliyini bərpa etdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əzizxatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq.
Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçündeyil, bütün dünya üçün böyük önəm daşıyır. Çünki birincinövbədə yeni bir presedent yaranmışdır və biz buqələbələri böyük güclərin müqaviməti fonunda əldəetmişik. Sirr deyil ki, 1992-ci ildə yaradılmış Minskqrupunun əsas məqsədi münaqişəni dondurmaq idi, Azərbaycanın ərazi bütövlüyünün bərpasına köməkgöstərmək yox. İkinci Qarabağ müharibəsi başlanangündən 44 gün ərzində bizə qarşı böyük təzyiqlərgöstərilmiş, hədə-qorxular səsləndirilmişdir – həm açıqmüstəvidə, eyni zamanda, bağlı qapılar arxasında. Ancaqheç kim bizi yolumuzdan döndərə bilmədi.
28 milyard manat vəsait ayırmışıq. Onların böyükəksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıqməskunlaşıb və bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək.
Vəzifələr, əlbəttə ki, mən bəhs etdiyimdən daha daçoxdur. Sadəcə olaraq vaxtınızı çox almaq istəmirəm. Mən bu gün əsas, yəni strateji əhəmiyyət daşıyanistiqamətləri dilə gətirdim, bu fikirləri sizinlə bölüşməkistədim. Əmin olduğumu bildirmək istəyirəm ki, YeniAzərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixivəzifələrin icrasında fəal iştirak edəcəklər.
Elnarə İsmayılova,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



