AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyasının Təsis Konfransının Tarixi Əhəmiyyəti

1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi müasir müstəqil Azərbaycanın siyasi tarixində həlledici dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu hadisə ölkənin siyasi böhran, idarəetmə xaosu və separatizm təhlükələri ilə üz-üzə qaldığı, dövlətçiliyin gələcəyinin ciddi təhdid altında olduğu bir dövrdə baş verdi. Təsis konfransı Heydər Əliyevin Azərbaycan xalqının tələbi ilə siyasi arenaya qayıdışını rəsmən təsbit etdi və onun dövlətçilik fəlsəfəsinə əsaslanan yeni siyasi xəttin formalaşmasını təmin etdi. Konfransda qəbul olunan qərarlar ölkədə güclü, milli maraqlara əsaslanan, siyasi və ictimai sabitliyi bərpa etməyə qadir olan bir təşkilatın yaranmasını şərtləndirdi. Bu proses sonradan Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, strateji inkişaf kursunun müəyyənləşməsi və milli həmrəyliyin təmin olunması baxımından mühüm tarixi əhəmiyyət daşıdı.
Yeni Azərbaycan Partiyasının yaradılması həmin dövrdə xalqın ictimai-siyasi tələbatından irəli gələn zəruri addım idi. 21 noyabr təsis konfransı ölkənin gələcək siyasi sisteminin formalaşmasına istiqamət verən platforma kimi çıxış etdi. Burada qəbul olunan siyasi proqram və təşkilati qərarlar dövlətin idarə olunmasında məsuliyyət, iqtisadi islahatların aparılması, qanunçuluğun bərpası və cəmiyyətin demokratik inkişafının təmin edilməsi kimi prioritetləri özündə birləşdirirdi. YAP-ın təsis edilməsi ilə ölkədə parçalanmanın qarşısını almaq, milli birliyi gücləndirmək və dövlətçiliyi qorumaq istiqamətində ardıcıl fəaliyyət strategiyası təsis olundu. Bu siyasi addım Azərbaycan Respublikasının gələcək inkişaf mərhələlərinin əsasını qoyan tarixi hadisə olaraq ölkənin müstəqilliyinin möhkəmlənməsinə böyük töhfə verdi.

Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button