Siyasət

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyəyə səfər edib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Xarici işlər naziri Hakan Fidanın dəvəti ilə qardaş ölkəyə səfər edib.

Globalnews.az xəbər verir ki, YAP nümayəndə heyəti Türkiyə Respublikası Prezidentinin himayədarlığı əsasında bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən “Böhranlar dönəmində diplomatiyanı önə çıxarmaq” mövzusunda keçirilən III Antalya Diplomatiya Forumunda iştirak edəcək.

Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüşləri də nəzərdə tutulub.

YAP nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button