Gündəm
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Kahramanmaraş böyük şəhər bələdiyyəsində görüş keçirib
Qardaş Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Kahramanmaraş böyükşəhər bələdiyyəsində görüş keçirib.
Globalnews.az xəbər verir ki, görüşdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Kahramanmaraş böyükşəhər bələdiyyəsinin sədri Hayrettin Güngör, Milli Məclisin deputatları Rəşad Mahmudov, Elman Nəsirov, Fatma Yıldırım və YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirak ediblər.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərindən, xalqlarımızın və dövlətlərimizin qardaşlıq, dostluq əlaqələrindən söz açılıb.