AnalitikaGündəm

Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan etibarən, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, demokratik dəyərlərin inkişafı kimi məqsədləri qarşısına qoymuşdur

Yeni Azərbaycan Partiyası (YAP) 1992-ci ilin noyabr ayında, ölkənin siyasi həyatında baş verən qarışıqlıq dövründə təsis edilmişdir. YAP-ın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilmişdir. Bu konfransda, 91 nəfər ziyalının imzası ilə Ulu Öndər Heydər Əliyevə müraciət edilmiş və Azərbaycanın gələcəyinə dair məsələlərin müzakirə olunması təklif olunmuşdur. Müraciət edənlər Ulu öndər Heydər Əliyevin siyasi təcrübəsi və idarəçilik qabiliyyətini nəzərə alaraq, ona yeni siyasi partiyanın yaradılması təşəbbüsü ilə müraciət etmişdilər. Ulu öndər Heydər Əliyev, Azərbaycan SSR-in keçmiş rəhbəri və Sovet İttifaqı Kommunist Partiyasının Politbüro üzvü olmuş, o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri idi. Partiyanın yaranması, Ulu öndər Heydər Əliyevin liderliyi altında baş tutmuş və o, partiyanın ilk sədri seçilmişdir. Partiya yarandığı dövrdən etibarən Azərbaycan siyasətində mühüm mövqeyə sahib olmuş və ölkədə aparılan siyasi, iqtisadi və sosial islahatlarda fəal iştirak etmişdir.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra YAP Azərbaycanda hakim partiya statusu qazanmış və bu statusu illər boyu qorumuşdur. Hazırda partiya Azərbaycanın siyasi səhnəsində ən güclü partiyalardan biri olaraq qalmaqdadır. Ulu öndər Heydər Əliyev, Azərbaycan SSR-in keçmiş rəhbəri və Sovet İttifaqı Kommunist Partiyasının Politbüro üzvü olmuş, o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri idi. Partiyanın yaranması, Ulu öndər Heydər Əliyevin liderliyi altında baş tutmuş və o, partiyanın ilk sədri seçilmişdir. Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan etibarən, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, milli birliyin və stabilliyin təmin edilməsi, sosial-iqtisadi islahatların həyata keçirilməsi və demokratik dəyərlərin inkişafı kimi məqsədləri qarşısına qoymuşdur. Partiya, Azərbaycan Respublikasının suverenliyinin qorunması və gücləndirilməsini əsas məqsədlərdən biri kimi qəbul edir.

1993-cü ildə, ölkədəki siyasi və hərbi böhranlar fonunda, Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edilmiş və iyun ayında prezident seçkilərində qalib gələrək prezident olmuşdur. Bu hadisədən sonra YAP Azərbaycanın siyasi həyatında daha da möhkəmlənmişdir. 1995-ci ildə keçirilən parlament seçkilərində YAP böyük əksəriyyət qazanmış və Azərbaycan parlamentində əhəmiyyətli mövqeyə sahib olmuşdur.

2003-cü ildə Ulu öndər Heydər Əliyevin səhhətinin pisləşməsi ilə, oğlu Cənab İlham Əliyev partiyanın rəhbərliyini və prezidentliyə namizədliyini öz üzərinə götürdü. 2003-cü ilin oktyabr ayında keçirilən prezident seçkilərində İlham Əliyev qalib gəldi və Heydər Əliyevin siyasi kursunu davam etdirməyə başladı. Prezident İlham Əliyevin rəhbərliyi altında YAP, Azərbaycanın sosial-iqtisadi inkişafına yönəlmiş islahatları həyata keçirməyə davam etdi və ölkədə güclü hakim partiya olaraq qaldı.

Mədinə Zeynalova,
Sabunçu qəsəbəsi, 170 nğmrəli tam orta məktəbin tarix müəllimi 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button