Siyasət

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sosial aksiya keçirib.

Aksiya iştirakçıları öncə Şəhidlər Xiyabanını ziyarət ediblər, qəhrəman Vətən övladlarının xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Globalnews.az xəbər verir ki, sonra Nizami rayonu ərazisində yaşayan 20 Yanvar əlilləri və şəhid ailələri ziyarət olunub.

Partiya fəalları şəhid ailələrinin və əlillərin qayğıları ilə maraqlanıb, yardımlarını təqdim ediblər.

Şəhid ailələri və əlillər də göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, ölkə başçısı tərəfindən bu gün onlara göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir nümunədir.

Oxşar Xəbərlər

Back to top button