GündəmAnalitikaSiyasət

Yaşıl Enerji Nəsli: “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Rəsmi Açılışı

2026-cı il 8 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində “Gülüstan” sarayında keçirilən yüksək səviyyəli mərasimdə ölkənin yeni enerjidönüşüm mərhələsini simvolizə edən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışına tədbir iştirakçıları ilə birgə start verdi. Bu layihə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 meqavatlıq külək enerjisi stansiyasıdır, ölkəmizin elektrik şəbəkəsinə daha çox təmiz enerji əlavə etmə məqsədi daşıyır.

Prezident İlham Əliyev açılış mərasimində çıxış edərək bu hadisəni Azərbaycanın enerji potensialının gücləndirilməsi istiqamətində mühüm hadisə kimi qiymətləndirdi və layihənin ölkənin davamlı inkişafına əhəmiyyətli töhfə verəcəyini vurğuladı. O, bu növ stansiyaların ölkədə elektrik enerjisinə tələbatı ödəməklə yanaşı, ixraca da imkan yaradacağını diqqətə çatdırdı. Dövlət başçısı qeyd etdi ki, artıq son illər ərzində Azərbaycanda generasiya gücü təxminən 10 000 meqavata çatıb, və bu, tarixi rekord sayılır.

Mərasimdə, Prezident İlham Əliyevin çıxışından əlavə olaraq, Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin nümayəndələri, Çin səfiri və “ACWA Power”ın rəhbərliyi də iştirak edib və sözügedən layihənin beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi olduğunu vurğulayıblar. Açılış mərasimində qısa video nümayişi keçirildi və dövlət rəhbərləri birgə foto çəkdirərək bu əlamətdar günü qeyd etdilər.

Prezident İlham Əliyev çıxışında həmçinin ölkənin digər bölgələrində, o cümlədən Biləsuvar, Neftçala, Naxçıvan və azad edilmiş ərazilərdə gələcəkdə başqa böyük külək və bərpa olunan enerji stansiyalarının açılmasının planlaşdırıldığını bildirdi. Bu layihə yalnız enerji strukturunu zənginləşdirmir, həm də Azərbaycanın “yaşıl enerji” hədəflərinə çatma strategiyasını sürətləndirir və investisiya mühitini daha da cəlbedici edir.

Ələkbər Novruzov,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button