AnalitikaGündəmSiyasət

Yaşanmış hadisə

Yaşanmış həyat həqiqətinin bədii həqiqətə çevrilməsində söz belə aciz qalır. Əsasını barışmaz həyat konfliktləri, qeyri sağlam kəskin həyat toqquşmasını təşkil edən xarakterlərin mövcudluğu hər zaman qəhrəmanların ölümü ilə nəticələnən dramatik anı bəxş edir. Bu anlar isə hər bir xalqın taleyində dərin silinməz izlər buraxaraq, tarixin, ədəbiyyatın  dəyişməz və aktual faciə janrına çevrilə bilir.Xocalı faciəsi təkcə bədii həqiqət deyil, hər hansısa yazıçı təxəyyülündən süzülüb gələn təhkiyə deyil, yaşanmış hadisədir. Bu amansız vandalizm sözün əsl mənasında Azərbaycan xalqına qarşı törədilmiş  təqvimin amansız faciəsidir. Dünyada Holokost, Xatın, Oradur, Xirosima faciələri ilə müqayisə olunacaq və heç zaman unudulmayacaq bir tarixdir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalaraq soydaşlarımızın tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilməsinə səbəb olublar. Xocalı faciəsi bunların içərisində  xüsusi amansızlığına görə seçilir. Statistik məlumata nəzər saldıqda biz bu amansızlığın anbaan ponaramını xatırlayırıq. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150  nəfərin taleyi  isə bu günədək naməlum qalıb.Şəhər bütünlükdə yerlə yeksan edilib. Həmin faciəvi gecə zamanı 478 nəfər Xocalı  sakini ciddi şəkildə şikəst edilib və onlardan 76 nəfəri uşaqlardan ibarət olub.130 nəfər uşaq bir valideynini, 25 nəfər uşaq isə hər iki valideynini itirib. Statistik məlumatlara nəzər saldıqda bu törədilmiş amansızlıqların təkcə Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı edilmiş nankorluğunun şahidi oluruq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Xocalı  soyqırımının ildönümü ilə əlaqədar xalqımıza etdiyi müraciətdə “Heç bir hərbi zərurət olmadan yüzlərlə dinc sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürüldü, meyitləritəhqir olundu.Uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi. XX əsrin sonun da təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır  cinayətlərdən biri  baş verdi. Xocalı faciəsi  öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında  xüsusi yer tutur” fikirlərində faciə tam təfərrüatı ilə ifadə olunub.

       İnsanlar eyni cür və  eyni şəraitdə tərbiyə olunmurlar.Məhz buna  görədir ki, bizim vaxtı ilə qardaş bildiyimiz insanların daxilində olanları  hiss etməmiş, fərqində olmamışıq. Aforizmlərə əsaslansaq, Kumilyarın deyimini xatırlamamaq olmur. “Müharibə əvvəlcə insanın öz daxilində , içində başlayır”.Görünür qonşularımızın üzdə olan  dost, qardaş obrazlarının görünüşləri  altında  yəni daxillərində  terrorizm və müharibə  çoxdan gedirmiş. Xocalı faciəsini törətməkdə düşmənin niyyəti xalqımızın mübarizə əzmini qırmaq, qorxutmaq, tarixi torpaqlarımızın itirilməsi ilə barışmağa məcbur etmək idi. Xalqımızın başının üstünü qara buludlar aldığı o günlərdən illər keçsə də, düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi , ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.
Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırıma məruz qalanların qisası döyüş meydanında alındı.

Bakı Slavyan Universitetinin dosenti Əsgərova Sədaqət  

Oxşar Xəbərlər

Back to top button