AnalitikaGündəm

YAP yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib

Təsis konfransını 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Azərbaycanın müxtəlif regionlarından təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsinin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyası sıralarında bu gün 800 mindən artıq üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsidir. Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ümummilli lider Heydər Əliyevə müraciəti şərtləndirən digər önəmli amil onun Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın, eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Faktiki olaraq blokada şəraitindəki muxtar respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı. Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər.

Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxması da möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə əsaslanır. Dünyaya səs salan 44 günlük İkinci Qarabağ müharibəsində də 50 siyasi partiyanın Prezident İlham Əliyevin siyasətini dəstəkləyərək onun ətrafında sıx birləşməsi, partiyanın VII qurultayında 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərarı da bunun bariz nümunəsidir.

Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirərək möhkəm təməl üzərində təkmil islahatları ilə Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Zəfərimiz bu uğurların zirvəsində dayanır. Bu qələbəmiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, illərdir ermənilərin, ermənipərəst qüvvələrin apardıqları təbliğatların nə qədər yanlış, saxta olduğunu da bir daha bilərəkdən susan dünyaya çatdırdı. Bugünümüzün əsas çağırışı ölkəmizə qarşı əsassız kampaniyalara yol verməmək, onların qarşısını qətiyyətlə almaq, ən əsası gənc nəslin tərbiyəsini gündəlik fəaliyyətimizin önündə saxlamaqdır.

Altun İbrahimov,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button