Siyasət
YAP nümayəndə heyəti Samsun Valiliyində görüş keçirib
Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Samsun Valiliyində görüş keçirib.
Globalnews.az xəbər verir ki, görüş zamanı Samsun valisi Zülkif Dağlı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Millət Məclisin deputatı Ramin Məmmədov, Pirallahı rayon təşkilatının sədri Emil Abbasov və başqaları Azərbaycan-Türkiyə münasibətlərindən bəhs ediblər.
Görüşün sonunda hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.