Siyasət
YAP nümayəndə heyəti Manisa şəhərinin sakinləri ilə görüşüblər
YAP nümayəndə heyəti Manisa AK Parti şəhər təşkilatının təşkil etdiyi İrfan məclisi çərçivəsində Manisa şəhərinin sakinləri ilə görüşüblər.
Globalnews.az xəbər verir ki, Azərbaycan əsilli Türkiyə vətəndaşlarının və azərbaycanlı tələbələrin də iştirak etdiyi məclisdə Türkiyə-Azərbaycan əlaqələrinin möhkəm təməl üzərində qurulduğu və bu əlaqələrin xarakterinin heç vaxt dəyişməyəcəyi qeyd edilib.
Sonda nümayəndə heyətinə AK Parti Manisa şəhər təşkilatının sədrinin hədiyyələri təqdim olunub, xatirə şəkili çəkdirilib.