Siyasət

YAP nümayəndə heyəti Manisa Şahzadələr bələdiyyəsinin sədri ilə görüşüb

Qardaş Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti Manisa Şahzadələr bələdiyyəsinin sədri ilə görüşüb.

Globalnews.az xəbər verir ki, görüşdə çıxış edən bələdiyyə sədri Ömər Faruk Çelik 44 günlük savaşda Türkiyə insanlarının ürəyinin Azərbaycanla döyündüyünü deyib.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə bildirib ki, hazırda Azərbaycan və Türkiyə arasında sıx münasibətlər qurulub. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov da çıxış edərək qeyd edib ki, Türkiyə və Azərbaycanın tarixən bir-birinə dəstək olublar və belə də davam edəcək.

Sonda hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button