Siyasət
YAP nümayəndə heyəti AK Parti İzmir təşkilatının qərargahını ziyarət edib
Qardaş Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti AK Parti İzmir təşkilatının qərargahını ziyarət edib.
Globalnews.az xəbər verir ki, AK Parti İzmir təşkilatının sədri Bilal Sayqılı ilə keçirilən görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışılıb.
Görüşdən sonra mətbuat konfransı olub. Mətbuat konfransında Milli Məclisin deputatları Hikmət Babaoğlu, Fatma Yıldırım, Mahir Abbaszadə, Sahib Alıyev və Elman Nəsirov çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Sonda xatirə şəkli çəkdirilib.