MaraqlıSosial

YAP Nizami rayon təşkilatının “Qış məktəbi” iştirakçıları Milli Xalça Muzeyində olublar

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənclər və könüllülər üçün təşkil etdiyi “Qış məktəbi”nin iştirakçıları Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər.

Globalnews.az xəbər verir ki, ziyarət zamanı gənclərə muzeydə nümayiş etdirilən nadir xalça nümunələri, Azərbaycan xalçaçılıq sənətinin tarixi inkişaf mərhələləri, bölgələr üzrə formalaşmış xalça məktəbləri və bu sənətin milli-mədəni irsimizdə tutduğu mühüm yer barədə ətraflı məlumat verilib.

Muzeylə tanışlıq “Qış məktəbi”nin iştirakçılarında zəngin təəssürat doğurub.
#YAPNizami #YAPNizamiQisMektebi

Oxşar Xəbərlər

Back to top button