YAP Nəsimi rayon təşkilatında yeni ərazi partiya təşkilatı təsis edilib

YAP Nəsimi rayon təşkilatı “Cəlil Məmmədquluzadə küçəsi 85” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.
Globalnews.az xəbər verir ki, bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən “Azər-Türk” bankın idarə heyətinin sədri Orxan Hüseynov çıxış edərək bildirdi ki, bankın əsasını 1995-ci ildə məhz Ulu Öndər Heydər tərəfindən qoyulduğunu və Cəlil Məmmədquluzadə küçəsi 85 ünvanında ərazi partiya təşkilatının təsis edilməsi əlamətdar bir hadisə olduğunu qeyd etdi.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası ovaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır.
Çıxışlardan sonra səsvermə keçirilib və “Cəlil Məmmədquluzadə küçəsi 85” ərazi partiya təşkilatı təsis edildi. Fuad Bədəlov yekdilliklə “Cəlil Məmmədquluzadə küçəsi 85” ərazi partiya təşkilatının sədri,Türkan Əliyeva isə sədr müavini seçildi. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.




