AnalitikaGündəmSiyasət

YAP-ın VIII Qurultayı: Yeni Reallıqlar və Gələcəyə Baxış

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkənin siyasi həyatında xüsusi çəkiyə malik olan mühüm tədbirdir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonrakı dövrə təsadüf edən bu toplantı, partiyanın və dövlətin gələcək inkişaf kursunun müəyyənləşdirilməsi baxımından tarixi mərhələ hesab olunur.

Qurultayda ölkə başçısı və partiya sədrinin təqdim etdiyi strategiyaya uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış proqramının uğurla icrası, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi və milli həmrəyliyin qorunması əsas vəzifələr kimi önə çıxarılıb. Eyni zamanda, cəmiyyətdə sağlam siyasi dialoqun təşviqi, gənc kadrların idarəetməyə daha fəal cəlb olunması və partiya strukturunun müasir dövrün tələblərinə uyğun yenilənməsi istiqamətində vacib qərarlar qəbul edilib.

YAP-ın VIII Qurultayı partiyanın aparıcı siyasi qüvvə kimi mövqeyini bir daha təsdiqləyərək, güclü dövlət və dayanıqlı inkişaf naminə yeni fəaliyyət mərhələsinin əsasını qoyub.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button