GündəmSosial

YAP Hacıqabul rayon təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş görüş keçirilib

YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov və Qrultay nümayəndəsi, ərazi partiya təşkilat sədri Sevinc Tağıyeva çıxıış edərək qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası, dövlət başçısının da öz nitqində qeyd etdiyi kimi, nəinki ölkəmizin, bütün Cənubi Qafqazın ən böyük, ən mütəşəkkil siyasi qüvvəsidir.
Natiqlər Partiyamızın Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu və proqram xarakterli nitqi təkcə partiyamız üçün deyil, bütövlükdə dövlətimizin gələcək inkişafı üçün strateji bir yol xəritəsi olduğunu bildirdilər.
Çıxış edən YAP fəalları cənab Prezidentin ətrafında sıx birləşərək bu proqram xarakterli nitqdən irəli gələn hədəfləri reallığa çevirmək üçün üzərlərinə düşən öhdəlikləri yerinə yetirəcəklərini bildirdilər.

Oxşar Xəbərlər

Back to top button