Analitika

XX əsrdə xalqımızın mədəni həyatında başlanmış yeni dövr ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

“XX əsrdə xalqımızın mədəni həyatında başlanmış yeni dövr ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını diqqət mərkəzində saxlayıb. Çünki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyətin təşkil etməsi sübuta ehtiyacı olmayan faktordur. Bu səbəbdəndir ki, ulu öndər Heydər Əliyev mədəniyyət, incəsənət nümunələri formalaşdıran, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirib, onların daim qayğısını çəkib. “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq” – deyən ümummilli lider Heydər Əliyev daim mədəniyyətimizin, ədəbiyyatımızın, milli dəyərlərimizin inkişafı üçün böyük danılmaz xidmətlər göstərib ki, bununla mədəniyyətimiz sürətlə inkişaf edib, milli ruh özümüzə qayıdıb”.

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Ümummilli Lider “Mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir” də deyir və əlavə edirdi ki, “Mədəniyyəti inkişaf etdirmək üçün milli ruhu yaşatmaq lazımdır”: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir. O, ruhən incəsənətə çox bağlı şəxsiyyət idi. Mədəniyyət və incəsənət xadimlərinin bir çoxları ilə şəxsən tanış olan Heydər Əliyev onların yaradıcılığına yaxından bələd idi və bu insanlara xüsusi münasibətilə seçilirdi. Bu illər ərzində çox insanların onunla bağlı xatirələrini, fikirlərini dinləmişəm və görmüşəm ki, hər bir insanın qəlbində öz Heydər Əliyev obrazı var. Hər dəfə onun haqqında yeni nələrsə öyrənirik və bir daha əmin oluruq ki, hazırkı çiçəklənən Azərbaycan məhz Heydər Əliyevin qurub-yaratdığı Azərbaycandır. Heydər Əliyev mədəniyyətimizə, incəsənət xadimlərinə hər zaman diqqət və qayğı nümayiş etdirib. O, incəsənətin hər sahəsinə eyni həssaslıqla yanaşar, mədəniyyət xadimlərini öz diqqətiylə ruhlandırardı. Ona görə də onun hakimiyyəti dövründə mədəniyyətimiz özünün ən gözəl inkişaf yolunu keçdi”.

Oxşar Xəbərlər

Back to top button