AnalitikaGündəmSiyasət

Xocalı Soyqırımı: Tarixin Qanlı Səhifəsi və Hüquqi-Siyasi Qiymət

Xocalı soyqırımı XX əsrin ən dəhşətli insanlıq əleyhinə cinayətlərindən biri kimi tarixə düşmüşdür. 1992-ci ilin fevral ayında törədilən bu faciə Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmışdır.

Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilən hücum nəticəsində 613 nəfər qətlə yetirilmişdir. Bu rəqəmlər sadəcə statistika deyil – hər biri bir insan taleyi, yarımçıq qalan həyat hekayəsidir.

Memorialın ekspozisiyasında Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və beynəlxalq hüquq normalarının pozulması faktlar əsasında təqdim olunur. Bu, yalnız emosional deyil, həm də hüquqi əsaslara söykənən təqdimatdır.

Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində uzun illər sistemli fəaliyyət aparılmışdır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə mühüm rol oynamışdır.

Bu gün artıq 20-yə yaxın ölkə Xocalı faciəsini soyqırımı kimi tanımışdır. Bu, tarixi həqiqətin qəbul edilməsinə doğru atılmış mühüm addımdır.

Xocalı Soyqırımı Memorialı yalnız keçmişi xatırlatmır, həm də gələcək üçün xəbərdarlıqdır. O, insanlığa qarşı törədilmiş cinayətlərin unudulmamalı olduğunu xatırladır.

Elman Məmmədov,
Ərazi Partiya təşkilatıının sədr müavini, 
RTTTYM PHŞ-da Texniki Dəstək bölmə müdiri

Oxşar Xəbərlər

Back to top button