Siyasət

Xocalı faciəsini törədənlərin cəzalandırılması üçün sonadək mübarizə aparacağıq

Müasir Azərbaycan tarixinin ən faciəli hadisələrindən olan Xocalı soyqırımı bizim milli faciəmizdir. Əfsuslar olsun bu faciəni törətmiş insanlar hələ də cəzalarını almayıblar. Cəzasızlıq Ermənistanı daha yeni cinayətlərə sövq edib. Onlar eyni terror təfəkkürə və düşüncəyə malik olduqlarını göstərirlər.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycan dövlət, vətəndaş cəmiyyəti olaraq Xocalıya ədalət uğrunda inamla mübarizə aparır. Bu mübarizə uğurla davam edir. Biz Xocalı faciəsini törədənlərin cəzalandırılması üçün sonadək mübarizə aparacağıq.

Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu vurğulayan Ceyhun Bayramov deyib ki, ancaq biz yeni terror hadisələrinin törədilməməsi, yaşanmamsı üçün başımıza gətirilən faciələri də unutmamalıyıq.

Oxşar Xəbərlər

Back to top button