Xocalı faciəsi Azərbaycan tarixinin qanlı, unudulmaz səhifəsidir

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu faciə nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan qəddarcasına qətlə yetirildi. Minlərlə dinc sakin ağır yaralandı, yüzlərlə insan girov götürüldü və itkin düşdü.apardığı etnik təmizləmə və işğal siyasətinin bir hissəsi idi. Şəhər strateji baxımdan mühüm mövqeyə malik olduğuna görə işğalın əsas hədəflərindən biri oldu. Faciə baş verən gecə Xocalı tam mühasirəyə alındı və şəhəri tərk etməyə çalışan mülki şəxslər amansızlıqla güllələndi.Xocalı soyqırımının şahidləri həmin gecənin dəhşətləri haqqında danışarkən, qadınların və uşaqların amansızcasına öldürüldüyünü, insanların diri-diri yandırıldığını və meyitlərin təhqir edildiyini bildirirlər. Bu, təkcə Azərbaycanın deyil, bütün dünyanın tarixində insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətin reaksiyası uzun müddət gecikdi. Lakin Azərbaycan dövlətinin apardığı diplomatik fəaliyyət nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırım kimi tanıdılar. Türkiyə, Pakistan, Kolumbiya, Meksika və daha bir neçə ölkə bu faciəni rəsmi şəkildə pisləyib. Hər il fevralın 26-sı Azərbaycan və dünya azərbaycanlıları Xocalı qurbanlarını anır, onların xatirəsini yad edirlər. “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində faciənin beynəlxalq səviyyədə tanıdılması üçün müxtəlif tədbirlər keçirilir. Bu gün Azərbaycan xalqı Xocalı şəhərinin işğaldan azad olunmasını və ədalətin bərpa olunmasını tələb edir. Xocalı faciəsi Azərbaycan tarixinin qanlı, lakin unudulmaz səhifəsidir. Bu faciəni unutmamaq, gələcək nəsillərə ötürmək və dünyaya çatdırmaq hər bir azərbaycanlının borcudur.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı