
8 yanvar 2026-cı il tarixində Bakıda, Gülüstan Sarayında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə ölkənin enerji sektorunda mühüm hadisə hesab olunan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Bu tədbir yalnız Azərbaycan üçün deyil, bütün region üçün əhəmiyyətli bir enerji keçid nöqtəsini ifadə edir. Açılış mərasimində dövlət və hökumət rəsmiləri, xarici tərəfdaşlar, investorlar və media nümayəndələri iştirak etdi. Prezident Cənab İlham Əliyev çıxışında layihənin əhəmiyyətini, Azərbaycan iqtisadiyyatında bərpa olunan enerji sahəsinin rolunu, gələcək perspektivləri və ölkənin enerji strategiyasını ətraflı şəkildə vurğuladı.
Prezidenti Cənab İlham Əliyevin çıxışına tədbir iştirakçılarını səmimi salamlayaraq başladı və bu günün Azərbaycan üçün çox önəmli bir gün olduğunu qeyd etdi. O, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsinin ölkənin enerji potensialını gücləndirəcəyini və ölkənin ümumi inkişafına mühüm töhfə verəcəyini vurğuladı. Prezidenti Cənab İlham Əliyevinin sözlərinə görə, 240 meqavat gücündə bu stansiya artıq fəaliyyətə başlayır və enerji sisteminin dayanıqlığına və diversifikasiyasına əhəmiyyətli töhfə verəcəkdir. Prezidenti Cənab İlham Əliyevin həmçinin bu layihənin gerçəkləşməsində əməyi keçən hər kəsə, xüsusilə bu sahədə investor rolunu üzərinə götürən Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinə təşəkkürünü bildirdi.
Prezidenti Cənab İlham Əliyevin bu şirkətin Azərbaycanda ilk böyük bərpa olunan enerji layihəsini reallaşdırdığını, bunun gələcəkdə daha böyük əməkdaşlıqlar üçün əsas yaradacağını qeyd etdi. O, ACWA Power şirkətinin yalnız bu külək stansiyasını deyil, həmçinin digər enerji və infrastruktur layihələrini də Azərbaycanda həyata keçirmə planlarını dəstəklədiklərini vurğuladı. Dövlət başçısı çıxışında qeyd etdi ki, bu gün Azərbaycan artıq enerji sahəsində geniş miqyaslı modernizasiya və yenidənqurma prosesindən keçib.
Son 20 ildə ölkədə yaradılan generasiya gücü üç dəfə artaraq təxminən 10 000 meqavat səviyyəsinə çatmışdır ki, bu da tarixi rekorddur. Prezidenti Cənab İlham Əliyev bunun əhəmiyyətini həm daxili tələbatın təmin edilməsi, həm də ölkənin regional enerji ixracatçısı kimi mövqeyinin daha da möhkəmlənməsi kontekstində yüksək qiymətləndirdi. Prezidenti Cənab İlham Əliyev, eyni zamanda, bərpa olunan enerji potensialının daha da artırılması üçün planlardan bəhs etdi. O, yeni külək və günəş elektrik stansiyalarının inşasının davam edəcəyini, bu sahədə xüsusi olaraq Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrin planlaşdırıldığını bildirdi.
Dövlət başçısı Azərbaycanın coğrafi mövqeyinin bərpa olunan enerji mənbələri üçün əlverişli olduğunu, ölkənin istənilən bölgəsində külək və günəş enerjisi istehsalının mümkünlüyünü xüsusi olaraq vurğuladı. Prezidentin diqqət yetirdiyi digər bir məqam isə yeni və innovativ enerji texnologiyalarının Azərbaycana gətirilməsinin vacibliyi oldu. İlham Əliyev çıxışında batareya enerji saxlanması sistemlərinin yaradılmasından bəhs etdi. Bu sistemlər külək və günəş kimi qeyri-sabit enerjinin daha səmərəli istifadəsini təmin edəcək və enerji təhlükəsizliyini artıracaq.
O, xüsusilə 250 meqavat gücündə ilk belə sistemin “Azerenerji” tərəfindən icra edilməsinin planlaşdırıldığını və bunun gələcək inkişaf üçün açar layihə olacağını qeyd etdi. Prezidenti Cənab İlham Əliyev həmçinin xarici investorları Azərbaycana investisiya qoymağa çağırdı. O bildirdi ki, ölkə bərpa olunan enerji sahəsində böyük potensiala malikdir və xarici investorlar üçün əlverişli biznes mühiti təklif edir. Xüsusilə süni intellekt, data mərkəzləri və yüksək enerji tələb edən sahələr üçün bu infrastrukturun genişlənməsi yeni imkanlar yaradır.
Tədbirdə qeyd olundu ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası bu gün Azərbaycanın enerji sisteminə inteqrasiya olunur və artıq rəsmi olaraq fəaliyyətə başlayır. Prezident çıxışında bu stansiyanın yalnız ölkənin enerji balansına töhfə verməyəcəyini, həm də ölkənin enerji müstəqilliyini daha da gücləndirəcəyini vurğuladı. Bu layihə eyni zamanda Azərbaycan üçün bərpa olunan enerji sahəsində yeni bir mərhələdir və gələcək nəsillər üçün təmiz enerji mənbələrinin yaradılmasının simvoludur
Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyasının məsləhətçi



