Gündəm

Xəzər rayonunda şahmat üzrə yarış keçirilib

14 Oktyabr 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının təşkilatçılığı ilə Xəzər Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinə həsr olunmuş Xəzər rayon ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri arasında şahmat üzrə yarış keçirilmişdir.

Globalnews.az xəbər verir ki, yarışda YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, təşkilatın məsul əməkdaşları, hakimlər kollegiyası və şagirdlər iştirak ediblər.

Yarışı YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov giriş sözü ilə açdı. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın mütəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Namiq Əhmədov qeyd etdi ki, Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 illik dövr Azərbaycan tarixinin ən qüdrətli, müstəqilliyimizin ən güclü, dövlətçiliyimizin ən möhtəşəm quruculuq mərhələsidir.
20 il müddətində ölkəmizdə bütün sahələrdə inkişafa nail olunub. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı və Azərbaycan ərazi bütövlüyünə qovuşdu.

Gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Oxşar Xəbərlər

Back to top button