Sosial

Xəzər rayonunda “Erkən nikah və qohum evliliklərin fəsadları” mövzusunda dəyirmi masa keçirilib

20 fevral 2024-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısının müavini Lalə Əhmədova, ŞUADM-nin direktoru Sitarə Əhmədova, Qadın Resurs Mərkəzinin rəhbəri Lalə Cəfərova, rayon Polis İdarəsinin inspektoru Xəyalə Həsənova, rayon Qeydiyyat Şöbəsinin rəisi Nigar Bağırova, təhsil, səhiyyə müəssisələri və bələdiyyə nümayəndələri, Mərkəzin psixoloq və sosial işçiləri iştirak etdilər.

Globalnews.az xəbər verir ki, tədbiri giriş nitqi ilə açmış L.Əhmədova bildirmişdir ki, hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Erkən nikahların fərdin psixi, mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktor olduğunu diqqədə çatdıran L.Əhmədova, buna qarşı birgə mübarizə tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.

Müzakirə formatında davam edən görüşdə Mərkəzin psixoloqu Orxan Məcnunov erkən nikahın fəsadları barədə təqdimatla çıxış etdi. İştirak edən qonaqlar erkən nikah və qohum evliliklərin fəsadlarının qarşısının alınması məqsədilə rəhbərlik etdikləri müəssisədə bu halın qarşısının alınması istiqamətində görülən işlərdən, aparılan təbliğat-maarifləndirmə tədbirlərindən danışaraq, erkən nikahın qeyri-sağlam ailə, sağlamlıq imkanı məhdud övlad, psixoloji cəhətdən tamamlanmamış qadın və bir sözlə qeyri–müəyyən gələcək olduğunu diqqətə çatdırmışlar.

Tədbirin sonunda iştirakçılara bukletlər paylanılmış, xatirə şəkli çəkilmişdir.

Oxşar Xəbərlər

Back to top button