
Xəzər dənizi – planetin ən böyük qapalı su hövzəsi – ekoloji fəlakət həddinə çatacaq şəkildə kiçilir. Əvvəllər zəngin ekosistemlərə və iri liman şəhərlərinə ev sahibliyi edən sahilboyu ərazilərdə suyun kəskin şəkildə çəkilməsi müşahidə olunur. Alimlərin məlumatına görə, son onilliklər ərzində Xəzər onminlərlə kvadratkilometr su səthini itirib və bu prosesin yavaşıdığına dair heç bir əlamət yoxdur. Dəyişikliklər o qədər ciddi xarakter alıb ki, artıq təkcə yerli sakinlər və balıqçılar deyil, kosmosdan müşahidə aparanlar da bunu açıq şəkildə görürlər. NASA və Avropa Kosmik Agentliyi tərəfindən yayımlanan peyk şəkilləri su səviyyəsinin, xüsusilə dənizin şimal və şərq hissələrində sürətlə azaldığını nümayiş etdirir. Qazaxıstan və Türkmənistandan olan sakinlər bildirirlər ki, əvvəllər su altında olan ərazilərdə indi quru dəniz dibi ilə gəzə bilirlər.
Mütəxəssislər Xəzərin çəkilməsinin əsas səbəbi kimi iqlim dəyişikliyini göstərirlər. Regionda havanın temperaturu artır, Qafqaz dağlarında qar örtüyü azalır. Bu da Xəzərin əsas qidalandırıcı mənbəyi olan Volqa kimi çayların suyunun azalmasına səbəb olur. Yayda temperaturun yüksəlməsi isə xüsusilə dayaz olan şimal hövzəsində buxarlanmanı kəskin şəkildə artırıb.
Son illərdə Xəzər dənizində suyun səviyyəsinin enməsi nəzərəçarpacaq həddə çatıb. Alimlər və ekoloqlar bildirirlər ki, iqlim dəyişikliyi, havaların isti keçməsi, uzunmüddətli quraqlıqlar, həmçinin Xəzərə axan çayların sularının azalması bu prosesin əsas səbəblərindəndir. Mütəxəssislərin sözlərinə görə, suyun səviyyəsi ildən-ilə geri çəkilir və bəzi sahilboyu ərazilərdə qumluqlar, torpaq sahələri üzə çıxmağa başlayıb.
Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bu məsələyə toxunduğunu qeyd edib.Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat: “Xəzər dənizi sürətlə kiçilir və bu prosesin əsas səbəbi iqlim dəyişikliyi deyil, ekoloji amillərdir. Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə toplantısında Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsinə diqqət çəkdim. Bu gün vəziyyət daha da pisdir. Dəniz sürətlə daralır. Bu problem iqlim dəyişikliyi ilə bağlı deyil”.
Qeyd edək ki, Prezident İlham Əliyev gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısının alınması üçün Xəzəryanı ölkələrin birgə səylərinin zəruriliyini vurğulayıb. O, Azərbaycanın bu problemin həlli üçün BMT ilə sıx əməkdaşlığa hazır olduğunu bildirib.
Ümid edirik ki, dünya ölkələrinin həyata keçirdiyi bu mübarizə tədbirləri iqlim dəyişmələrinin qarşısını alacağ və Xəzər dənizində yenidən həyat qaynayacağ, Xəzərə axan çayların səviyyəsi artacağ, yağışların miqdarı yenidən artacağ. Beləliklə, Xəzər dənizinin səviyyəsi yenidən artmağa başlayacaq.
Xəzər rayonu 122 nömrəli məktəbin əməkdaşı
Əkbərova Xuraman Zakir qızı