AnalitikaGündəmSiyasət

Xəyal ilə Gerçəklik Arasında

Rəsmi İrəvanın illərdir səsləndirdiyi “dənizdən dənizə Ermənistan” ideyası reallıqdan uzaq, sərsəm bir xəyal kimi tarixə düşüb. Bu uydurma layihə, əslində, xalqı yanlış istiqamətə yönəltmək və qeyri-mümkün arzularla siyasi gündəmi manipulyasiya etmək məqsədi daşıyırdı. Reallıq isə bu iddiaların heç vaxt gerçəkləşə bilməyəcəyini açıq şəkildə göstərdi.

Bölgənin geosiyasi və tarixi reallıqları fonunda belə bir ideya sadəcə təxribatçı bir şüar olaraq qaldı. Qonşu xalqların torpaqlarına əsassız sahib çıxmaq iddiası İrəvanın işğalçı düşüncəsinin bariz nümunəsi idi. Bu cür çağırışlar nə beynəlxalq hüquqa, nə də bölgədə sülhün əsas prinsiplərinə uyğun gəlirdi.

Saxta arzular üzərində qurulan siyasət yalnız Ermənistanın özünə zərər verdi. Utopik iddialar nəticəsində ölkə real problemlərdən uzaqlaşdı, xalqın rifahı kölgədə qaldı, regiondakı mövqeləri isə daha da zəiflədi. Bu ideya sadəcə olaraq ifrat millətçiliyin və reallıqdan uzaq yanaşmanın təzahürü idi.

Tarix sübut etdi ki, “dənizdən dənizə Ermənistan” kimi əsassız iddialar yalnız gərginlik yaradır, amma heç vaxt nəticə vermir. Real gücə və əsaslı dayaqlara söykənməyən bu xəyal, regionda sabitliyə təhlükə törətməklə yanaşı, Ermənistanın gələcəyinə də mənfi təsir göstərmişdir.

YAP Xəzər rayon təşkilatının fəalı
Ağadadaş Həsənalıyev

Oxşar Xəbərlər

Back to top button