Elm və Təhsil

Xaricdə təhsillə bağlı Dövlət Proqramı 186 universiteti əhatə edəcək

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” 186 universiteti əhatə edəcək.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, 28 ölkənin 186 universitetində 575 bakalavr və 3 551 magistr üçün ümumilikdə 4 126 təhsil proqramı var. Qeyd edib ki, Dövlət Proqramı üzrə elanlar nazirliyin saytında yer alır.

Oxşar Xəbərlər

Back to top button