DünyaGündəm

Xalqından üzr istəyib istefa verdi

Cənubi Koreyanın müdafiə naziri Kim Yong-Hyun ölkədə hərbi vəziyyətin elan olunmasından sonra yaranan vəziyyətə görə vətəndaşlardan üzr istəyib və istefa verib.

Globalnews.az xəbər verir ki, bu barədə məlumatı “Yonhap” agentliyi yayıb.

Ölkə mediasının məlumatına görə, məhz Kim Yong-Hyun Prezident Yun Sol Yola ölkədə hərbi vəziyyət elan etməyi tövsiyə edib.

Xatırladaq ki, dünən Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan edib. Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib. Lakin parlamentdə səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə qəbul edilib. Hərbi vəziyyətin ləğv edilməsinə isə 190 deputat səs verib.

Oxşar Xəbərlər

Back to top button