Xalqın güvəndiyi lider
Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlətin ali rəhbəri seçildi.
Prezidentliyinin ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasına – həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərciyinin belə qalmaması, məcburi köçkünlərin sosial müdafiəsinin təşkili, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görülməsi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı, sahibkarlığa dövlət qayğısının artırılması, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunması və s. daxil idi.
İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərə çarpacaq nailiyyətlər əldə olundu. 610 min yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi prezidentimizin uğurlu siyasətinin real göstəriciləri hesab oluna bilər.
Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri kimi təzahür edib, dövlətimizin iqtisadi və hərbi qüdrəti daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib.
44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailiyyətdir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsi olmaqla bərabər xalqın güvəndiyi liderin ata vəsiyyətinə əməl etməsi, öz xalqına böyük töhfəsi oldu.
Nəcəfova Şəlalə,
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi