Analitika

Vətən müharibəsində tarix yazan qəhrəman şəhidlərimizin ruhu şaddır

“Haqq savaşımızın məğrur nəticəsi kimi Vətən müharibəsi bizim üçün böyük tarixi əhəmiyyət daşıyır. Məhz bu müharibədə şanlı qələbə qazanmaqla həm beynəlxalq ictimaiyyətə öz haqlı olduğumuzu sübut etdik, həm də düşmən taptağı altında qalan torpaqlarımızı azad etdik. 27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini – torpaqlarımızın işğaldan qurtarılması, əzəli torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı reallığını bütün dünyaya göstərdi. Ümumilikdə isə yaranan yeni reallıqlar bizi regionun ən güclü dövlətinə çevirdi. Sözün həqiqi mənasında bu gün Azərbaycan  həm region dövlətlərinin, həm də qlobal güclərin diqqət mərkəzindədir”.

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycan öz coğrafiyası üçün xain əllərin cızdığı bütün məkrli planları beləcə alt-üst etdi, torpaqlarına sahib çıxdı. Dağlıq Qarabağ söz birləşməsini leksikondan çıxaran cəsarət ortaya qoydu. Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidi anlayışını rəsmən zehinlərə gətirdi. Təəssüf ki, bütün bunlar sülh masasında yox, müharibə meydanında həll edildi.

Azərbaycan 27 sentyabrda verdiyi müharibə qərarında doğru addım atdı: buna beynəlxalq hüquqla da, mənəvi baxımdan da tam haqqı çatırdı. Ərazisinin 20 faizini itirmiş, atəşkəs rejimi şəraitində belə erməni hücumlarına məruz qalmış, şəhidlər vermiş ölkənin bundan başqa çıxış yolu yox idi. Bu baxımdan məhz hərb yolu ilə tarixi ədaləti bərpa etməyimiz labüd idi.

“Müharibədən sonra da  beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirən və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışan Azərbaycan  həm müharibədən sonra imzalanmış üçtərəfli bəyanata, həm də sonrakı görüşlərdə baş tutan danışıqların məzmununa xələl gətirəcək heç bir addım atmır. Qeyd edək ki, bu il müharibənin başlamısandan üç il ötür. Biz bir şeyi qürurla deyə bilərik ki, bu müharibədə tarix yazan qəhrəman şəhidlərimizin ruhu şaddır. Birincisi, ona görə ki, onların qan tökdüyü torpaq artıq cənnətə çevrilir, yurd-yuvasından didərgin düşən soydaşlarımız öz doğma evinə qayıdır. İkincisi isə bir neçə gün əvvəl apardığımız antiterror tədbirləri ilə suverenliyimizin tam təmin edilməsidir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, rəşadətli ordumuz bir daha bütün dünyaya sübut etdi ki,  dəmir yumruq yerindədir!

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button