AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Vətən müharibəsi: Azərbaycanın hərbi salnaməsinin yeni səhifəsi

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun hərbi imkanlarının və hazırlıq səviyyəsinin nümayiş olunduğu mühüm mərhələ kimi tarixə düşdü. Müxtəlif istiqamətlərdə aparılan əməliyyatlar nəticəsində çoxsaylı yaşayış məntəqələri və strateji mövqelər nəzarətə götürüldü. Bu nəticələr müharibənin gedişində hərbi balansın dəyişməsinə səbəb oldu.

Prezident İlham Əliyevin sonrakı çıxışlarında 44 günlük müharibənin hərbi nəticələri geniş şəkildə qeyd edilib. Dövlət başçısı Azərbaycan Ordusunun 44 gün ərzində irəliləyişini və Şuşanın azad edilməsinin müharibənin taleyinə ciddi təsir göstərdiyini bildirib.

Lakin hərbi nəticələrin arxasında yalnız texniki imkanlar deyil, insan amili dayanırdı. Azərbaycan əsgərinin döyüş əzmi, zabitlərin peşəkarlığı və hərbi qulluqçuların qarşıya qoyulan vəzifələri yerinə yetirmək əzmi müharibənin mühüm elementləri idi. Bu baxımdan Vətən müharibəsi Azərbaycan hərb tarixində xüsusi tədqiqat mövzusudur.

27 Sentyabr Anım Günü həmin hərbi salnamənin insan tərəfini ön plana çıxarır. Çünki hərbi tarixdə xəritələr və əməliyyatlar qədər insanların taleyi də mühüm yer tutur. Şəhidlərin xatirəsi bu tarixin mənəvi sütunlarından biri olaraq qalır.

Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button