Gündəm

Uşaqların internetdə təhlükəsizliyi necə qorunmalı? – Ekspert açıqlayır

Bu gün qonağımız Onlive Media Group və Oracle Corporation şirkətlərinin rəhbəri, Qeyd Sosial Maarifləndirmə İctimai Birliyinin İdarə heyətinin üzvü həmçinində IT/Kommunukasiyalar Departamentinin rəhbəri, İnformasiya Texnologiyaları mütəxəssisi və Kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadədir.

– Xoş gəlmisiniz hörmətli Əmrah müəllim.

Vəfa xanım, ilk öncə dəvət etdiyiniz üçün çox təşəkkür edirəm. Onu qeyd edim ki azyaşlıların internetdə olduğu vaxtlara nəzarət edə bilmədikdə onları üzləşəcəkləri təhlükələrdən mühafizə etmək üçün təhlükəsiz internetin önəmi barədə maarifləndirmək, məlumatlandırmaq vacibdir.

– Əmrah müəllim bunu təmin etmək üçün nələri məsləhət bilirsiniz?

Vəfa xanım mütləq olaraq təhlükəsizlik parametrləri barədə uşaqlar məlumatlandırılmalıdır. Bloklama özəlliyi və ya profillərində yazılmış şərhlərin məhdudlaşdırılması parametrlərini bilmək onları internetdəki mövcud təhlükələrdən qorumağa köməklik edər.

Həmçinin qeyd edim ki internetdə yerləşdirilən bir çox oyunlar yetkinlik yaşına çatmış insanlar üçündür və bunlar usaqlar üçün uyğun olmayan videolar, şəkillər və digər zərərli kontentlərdən təşkil olunmuş ola bilər. Buna görə, azyaşlıların oynadıqları oyunların məhz onlara uyğun olub, olmadığından əmin olmaq mütləqdir. Əlavə olaraq oynanılan oyunları nəzarətdə saxlamaq üçün kompüterdə valideyn nəzarəti parametrlərindən də istifadə mümkündür.

Uşaqların “Uşaq dostu” adlandırdığımız axtarış sistemlərindən xəbərdar olmalarına tam əmin olmaq lazımdır. Bu axtarış motorları ilə uyğunsuz veb saytlar filterlənir və uşaqlar internetdə təhlükəsiz olaraq axtarış edə bilirlər. Məsələn, “Google”da “SafeSearch” süzgəc funksiyası açıq-saçıq, cinsi kontentlərdən ibarət olan saytları əngəlləyir.

Əlavə olaraqda qeyd edim ki azyaşlı uşaqların hansı internet saytlarına daxil olduqlarını görmək üçün onlayn olduqdan sonra brauzerlərinin tarixçələrinədə nəzər yetirmək olar.

Dəyərli vaxtınızı bizə ayırdığınız və bu əhəmiyyətli informasiyaları oxucularımızla bölüşdüyünüz üçün çox təşəkkür edirəm Əmrah müəllim.

– Təşəkkür edirəm. Uğurlar.

Oxşar Xəbərlər

Back to top button